050 325 33 42 nömrələrindən bizə zəng edin

(+994 50) 325 33 42

Sual-Cavab


Bu bölmədə bizə daha çox ünvanan suallara cavab verməyə çalışmışıq. Ümid edirik ki, bu məlumat sizə maraqlı və faydalı olacaqdır. Əgər burada özünüzə lazım olan məlumatı tapmasanız, onda bizimlə əlaqə saxlayın, biz, böyük məmnuniyyətlə, sizə lazım olan bütün məlumatları təqdim etməyə hazırıq.


Əvvəlcədən avtomobilin qiymətini necə öyrənmək olar?

Auksion başa çatana qədər avtomobilin satış qiyməti heç kimə məlum olmur. Avtomobil satışlarının statistikasını təhlil edərək, təxmini qiyməti müəyyən etmək olar. Avtomobilin satılacağı son qiymət isə yalnız auksion başa çatdıqdan sonra bəlli olur.


Avtomobilin qiyməti auksiondakı start qiymətdən nə ilə fərqlənir?

Bir qayda olaraq, auksiona çıxarılan avtomobilin ilkin qiyməti çox aşağı olur və avtomobilin real qiymətindən xeyli fərqlənir. Bu, avtomobilin auksiondakı ilkin qiymətidir. Bəzən ilkin qiymət simvolik olaraq cəmi 100 dollardan başlasa da, avtomobilin satıldığı son qiymət 15000 dollar və daha yuxarı ola bilər.

 

Avtomobilə hansı qiyməti təklif etmək olar?

Biz başlanğıc qiymətindən yuxarı istənilən qiyməti təklifini qəbul edirik, lakin müsbət nəticə əldə edilməsi üçün daha real, orta statistik qiymətə yaxın olan məbləği təklif etmək lazımdır. Bu, müsbət nəticəyə nail olma şansını xeyli artırır.


Əgər mən avtomobil almaq fikrindən daşınmışamsa, siz depoziti geri qaytarırsınızmı?

Bəli, depozit geri qaytarılan məbləğdir. Əgər sizin istədiyiniz avtomobili seçib əldə edə bilməsək, yaxud siz sadəcə olaraq avtomobil almaq fikrindən daşınsanız, pulunuz tam həcimdə sizə geri qaytarılacaq.


Avtomobilin auksiondakı dəyərindən başqa əlavə xərclər nə qədərdir? Bakı şəhərinə çatdırılma nəzərə alınmaqla avtomobil mənə hansı məbləğə başa gələcək?

Avtomobil ABŞ-da əldə olunduğu halda onun daşınma və çatdırılma xərcləri avtomobilin harda yerləşdiyindən asılı olur (sizə əvvəlcədən əlavə xərclər barədə məlumat verəcəyik). Avtomobil Yaponiyadan alındığı zaman çatdırılma qiyməti dəyişilməz olaraq qalır (4000 ABŞ dolları) və avtomobilin qiymətindən, eləcə də yerləşdiyi ərazidən asılı deyil. Daxili daşınma qiyməti, sənədlərin hazırlanması, konteynerə yüklənmə, fraxt (konteynerlə Poti limanına çatdırılma) işləri də bu məbləğə daxildir.

Bir faktı xüsusi olaraq nəzərinizə çatdırmaq istərdik: adətən konteynerə dörd avtomobil yerləşdirilir, lakin iri qabaritli avtomobil konteynerə yüklənərkən iki avtomobilin haqqını ödəmək lazım gəlir, bu da daşınan avtomobilin zədələnmədən sahibinə çatdırılmasını təmin edir. Yuxarıda qeyd olunan məbləğə avtomobilin Poti limanından Bakıya gətirilməsi, Yaponiya və Potidəki terminal xərcləri, məbləğin köçürülməsinə görə bank xərcləri və gördüyümüz işə görə bizim zəhmət haqqımız da daxildir.


Auksion vərəqələrini yapon dilindən tərcümə edirsinizmi? Bu xidmətin haqqı nə qədərdir?

Müştərilərimiz üçün bu xidmət tamamilə pulsuzdur. Biz auksion vərəqələrini say məhdudiyyəti olmadan tərcümə edirik.


Hərracdan əvvəl avtomobili yoxlamaq olarmı?

Əgər siz avtomobillə yaxından tanış olmaq istəyirsinizsə, biz hərracdan əvvəl həmin avtomobilə əlavə baxış keçirilməsini təşkil edə bilərik.


Digər şirkətlərdən siz nə ilə fərqlənirsiniz? Sizin üstünlükləriniz nədədir?

1) Biz bu sahədə 5 ildən çox təcrübəyə sahibik.

2) Avtomobillərinin qiymətinin dəyişməz qalmasına, avtomobilin qeyd olunan vəziyyətdə çatdırılmasına zəmanət veririk.

3) Auksionlara bir başa çıxışımız var.

4) Yapon dilini bilirik

5) Həftənin 6 günü gələ biləcəyiniz ofisimiz, zənglərinizə daima cavab verən peşəkar komandamız var.

 

Əldə etdiyimiz avtomobilə hansı zəmanətləri verirsiniz?

Avtomobilin yürüş (kilometrajı), interyer və eksteryer göstəricilərinin sizə verilən məlumatlarla tam uyğunluğuna zəmanət veririk. Bütün uyğunsuzluqlar tərəfimizdən kompensasiya olunur. Daha dəqiq məlumat “Bizim zəmanətlərimiz” bölməsində əks olunmuşdur.


Poti limanından avtomobilləri Bakıya necə gətirirsiniz?

Avtomobillər bizim şirkətə məxsus avtomobildaşıyan maşınlarla gətirilir. Siz öz istəyinizlə avtomobili Potidə limanında da təhvil götürə bilərsiniz. Belə olduğu halda Potidən Bakıya qədər daşınma haqqı ümumi məbləğdən çıxılır (avtomobilinizin ölçülərindən asılı olaraq, bu məbləğ təxminən 450-400 dollar təşkil edir).

 

Yapon avtomobil hərraclarına inanmaq olarmı?

Yaponiyada avtomobil auksionlarına dövlət tərəfindən ciddi nəzarət olunur. Buna görə də auksiona çıxarılan hər bir avtomobil çox ciddi yoxlamadan keçirilir. Avtomobilin gövdənin vəziyyətindən başlamış, yürüşünə qədər hər şey dəqiq yoxlanılır, bütün çatışmazlıqlar və üstün cəhətlər mütləq göstərilir.

Yeri gəlmişkən, avtomobilin yürüşünün dəqiqliyi ilə bağlı demək istərdik ki, xırda bir şübhə yarandıqda auksion eksperti kilometrajın qarşısında qeyd aparır və şübhələrinin nə ilə bağlı olduğunu göstərir. Diqqət yetirin: avtomobilin yürüşünün dəyişdirilməsi ona görə mümkün deyil ki, bu əmələ görə Yaponiyada cinayət məsuliyyəti nəzərdə tutulub. Və belə bir işə görə bir neçə il həbsxana həyatı yaşamaq son dərəcə qanuna tabe və düzgünlüyü sevən yaponlar üçün ağlasığmaz bir şeydir. Nəzərə alın ki, hansısa bir avtomobilin satılmasında auksion eksperti özü şəxsən maraqlı deyil. Ona görə də o, bir peşəkar kimi öz nüfuzunu şübhə altına qoyub avtomobildə olan çatışmazlıqları gizlətməz və onu boş yerə tərifləməz.


Yaponiyadan gətirilmiş avtomobillərin üstün və çatışmayan cəhətləri nədədir?

Üstün cəhətlərə avtomobilin yürüşünün az olmasını, geniş komplektləşdirilməni və avtomobil haqqında müfəssəl məlumatların olmasını aid etmək olar. Faktiki olaraq, siz həm texniki xarakteristikasına, həm də zahiri görünüşə görə yeni avtomobilə maksimal dərəcədə yaxın bir avtomobil əldə etmiş olursunuz.

Mənfi cəhətlərə radio tezliyinin 90 FM-ə qədər olmasını qeyd etmək olar, lakin bu problem tez bir zamanda və çox ucuz qiymətə həll olunur. İkinci çatışmayan cəhət kimi bəzən onu qeyd edirlər ki, faralar yolun sol hissəsini daha gur işıqlandırır. Lakin Yaponiyadan gətirilmiş avtomobillərin bir çox sahibləri qeyd edirlər ki, bu onlar üçün heç bir narahatlıq yaratmır. Yeri gəlmişkən qeyd etmək istərdik ki, bu problem də çox asan aradan qaldırılır.

 

ABŞ-da avtomobil əldə etməyin üstünlüyü nədədir?

Əsas üstünlük ondadır ki, ABŞ-da avtomobil əldə edərkən siz, bir qayda olaraq, maksimal dərəcədə komplektləşdirilmiş avtomobilə sahib olursunuz. Bundan əlavə qeyd etmək lazımdır ki, yerli bazarla müqayisədə ABŞ bazarlarında qiymətlər əhəmiyyətli dərəcədə aşağıdır.

 

Amerika auksionları necə fəaliyyət göstərir?

ABŞ auksionları da eyni ilə Yaponiyada olduğu kimi fəaliyyət göstərir: bütün avtomobillər ekspert yoxlamasından keçir və beşballı şkala üzrə auksion qiymətləndirilməsini alırlar. Amerika auksionunda avtomobil alarkən onun vəziyyətinin göstərilən parametrlərə tam uyğunluğuna əmin olmaq olar.

 

ABŞ-dan avtomobillərin çatdırılması hansı məbləğə başa gəlir?

Kompakt ərazisi olan Yaponiyadan fərqli olaraq, ABŞ çox böyük ölkədir. Burada həm ştatlar, həm də avtomobillərin yola salındığı limanlar arasındakı məsafə heç də az deyil. Məhz həmin səbəbdən ABŞ-dan gətirilən avtomobillərin daşınmasına dəyişilməz qiymət qoymaq olmur, belə ki, bu qiymət avtomobilin hansı ştatda olmasından asılı olaraq dəyişəcək. Bundan əlavə, çatdırılma məbləğinə avtomobilin öz dəyəri, cip və ya sedan olması təsir edir.

 

Avtomobil alarkən artıq məbləğ ödəməmək üçün nə etməli?

Məsləhətimiz çox sadədir: alverçilərdən avtomobil almayın. Onlar sizə yaxşı avtomobil adı ilə qəzalı və yaxud nasaz avtomobil sata bilərlər. Məlum olduğu kimi, fərdi qaydada avtomobil satışı ilə məşğul olan şəxslər öz nüfuzları haqda çox az düşünürlər.



Müştərilərin düşüncəsi
Bmw 320i

Exporter mne dostavil prosliy god bmw s 11 tis. Probegom masinu s takim probegom vidno kogda otkrivaes dver i sadiwsa ...

ətraflı
Мечта ставшая реальностью.

Долго не мог решиться как и где купить (все таки на М3 пока спрос мизерный и опыта мало), пока не ...

ətraflı
BMW 525 - 2007

Автомобил который заказал у вас в отличном состояние. Так как вы говорили. Покраска как новая, мотор и коробка передачи работает ...

ətraflı