050 325 33 42 nömrələrindən bizə zəng edin

(+994 50) 325 33 42

Qarantiyalarımız


İstənilən bir malı, xüsusilə də bahalı malları alanda alıcını bir qayda olaraq verilən zəmanətlər maraqlandırır. Biz müştərilərimizin etibarını yüksək qiymətləndirir, onlara hörmət və vicdanla yanaşır, gətirdiyimiz avtomobillərin vəziyyəti və keyfiyyətinə etibarlı zəmanət veririk.

Biz zəmanət veririk ki, siz real vəziyyəti auksionda təsvir olunan vəziyyətlə tam üst-üstə düşən avtomobil əldə edəcəksiniz. Biz avtomobilinizin müəyyən olunmuş vaxtda, heç bir xətər toxunmamış vəziyyətdə və bütün lazımi sənədlərlə birgə çatdırılmasına da zəmanət veririk.

İstəyimiz müştərilərimizlə münasibətlərimizin tam şəffaf olmasıdır, buna görə də böyük məmnuniyyətlə sizə avtomobillərin necə yoxlamadan keçirildiyi, prosesə necə nəzarət olunduğu və zəmanətlərin təmin olunması üçün tərəfimizdən hansı işlərin görüldüyü haqda məlumat vermək istərdik.


Avtomobilin vəziyyəti


  Hərraca çıxarılan bütün avtomobillər satışdan əvvəl əsaslı yoxlamadan keçirilir. Bu yoxlamanı avtomobilin alqı-satqısında qətiyyən maraqlı olmayan, satılan avtomobillərdən faiz alacağı nəzərdə tutulmayan peşəkar ekspertlər həyata keçirirlər. Buna görə də ekspertlər qərəzsiz, obyektiv qiymətləndirmə aparır, verdikləri rəydə avtomobilin bütün üstün və qüsurlu cəhətlərini göstərirlər. Hər hansı avtomobilin qiymətləndirilməsində yol verilən xəta, yaxud diqqətsizlik hərrac ekspertinin işinin itirilməsi ilə nəticələnə bilər.

Belə olan halda heç bir ekspert öz nüfuzunu zərbə altına qoymaz və avtomobilin əslində mövcud olmayan məziyyətlərini göstərməz.


Mütləq yoxlanmalı olan parametrlərə diqqət yetirin


 Gövdə: ekspert rənglənmiş, yaxud dəyişdirilmiş detalları göstərir; o, bütün əzik yerləri, sıyrıntıları, şüşələrdəki çatları, həmçinin avtomobilin lak-boya örtüyünün vəziyyətini (parıltının olmamağını) qeyd edir.


 Salon: avtomobil qiymətləndirilərkən salonun bütün sürtülmüş və yanıq olan yerləri, həmçinin oturacaq və qapı üzlüklərinin dartınması və deformasiyası, ağac və plastik kütlədən olan detalların üzərindəki çatlar qeyd olunur.


 Texniki vəziyyəti: cihaz lövhəsindəki bütün nöqsanlar nəzərə alınır, kondisioner, oturacaqların və güzgülərin elektrik ötürücüləri və s. kimi opsiyalarda nasazlıqlar göstərilir. Ekspertlər avtomobilin mühərrikini və sürət qutusunu diqqətlə yoxlayır, hər hansı bir küyə, tipik olmayan kənar səsə və yaxud yağ sızıntısına fikir verirlər. Yeri gəlmişkən, bəzi hərraclarda avtomobillərin şinləri yoxlanılır, avtomobilin neçə sahibinin olduğu da qeyd olunur.


 Yoxlanılmır: vaxtaşırı dəyişilən ehtiyyat hissələri, yəni, müəyyən vaxtdan, və müəyyən yürüşdən sonra dəyişilməsi vacib olan materiallar. Belə materiallara əyləc halqaları, filtrlər, mühərrik yağı, amortizatorlar, kondisionerin freonu və hərəkət sistemindəki kürəvari dayaqlar aiddir.


 Diqqət yetirin: biz avtomobilin hərrac vərəqində qeyd olunmuş bütün çatışmazlıqlarını diqqətlə öyrənirik, onlar haqqında alıcını məlumatlandırırıq və yalnız onun razılığından sonra avtomobili alırıq. Avtomobil haqqında tam məlumat sizdə qalır və istənilən vaxt siz onun uyğunluğunu yoxlaya bilərsiniz.

Yeri gəlmişkən onu da qeyd edək ki, əgər avtomobiliniz sizə çatdırıldıqdan dərhal sonra onu diaqnostika məqsədi ilə avtomobil xidmət mərkəzinə aparsanız və nəticədə qabaqcadan qeyd vərəqəsində göstərilməmiş, vaxtaşırı dəyişilən ehtiyyat hissələrini çıxmaq şərti ilə hər hansı bir çatışmazlıq üzə çıxarsa, onların aradan qaldırılmasını öz üzərimizə götürürük.

Lakin, avtomobil alıcı tərəfindən dərhal yoxlanılaraq heç bir etiraz olmadan qəbul edilibsə, o zaman sonradan irəli sürülən tələblər və iddialar tərəfimizdən qəbul olunmur.


Çatdırılma və sığorta


Müştərilərimizin şirkətimizlə əməkdaşlıqdan tam razı qalmalarında maraqlı tərəf kimi, biz maksimum dərəcədə səy göstərərək, avtomobilləri zədəsiz və salamat çatdırılmasını təmin edirik.

Uzun illərdən bəri göstərdiyimiz fəaliyyət nəticəsində biz bütün lazımi qurumlarla yaxşı tərəfdaşlıq əlaqələri yarada bilmişik, bunun nəticəsində, avtomobil alındıqdan dərhal sonra biz lazım olan bütün sənədləşmə işləri çox qısa zamanda həyata keçirilir, avtomobil daşınmaya hazırlanır, növbəsiz və gecikmələrsiz konteyner bron edə bilirik.


 Diqqət yetirin: Sizin avtomobiliniz heç bir çatdırılma məntəqəsində özü hərəkət etmir. Hərracdan limana avtomobil tırayler vasitəsilə çatdırılır, limanda onlar konteynerlərə yüklənilir, Potiyə limanına gəlib çatdıqdan sonra isə onlar yenə də tıraylerlə Bakıya gətirilir.

Avtomobillərin daşımasındakı çoxillik təcrübəmiz onu göstərir ki, avtomobilin mənzil başına çatdırılma müddəti orta hesabla iki ay təşkil edir. Lakin, çox nadir hallarda, avtomobillər dəniz nəqliyyatı ilə daşınılan zaman, müəyyən gecikmələr ola bilər. Bu gecikmələr, bir qayda olaraq, hava şəraiti ilə bağlı olur, ona görə də hətta dəniz nəqliyyatı şirkətləri də çatdırılmanın təxmini vaxtını göstərir və gecikmələrlə bağlı heç bir iddia qəbul etmir. Lakin, avtomobil bütün çatdırılma müddətinə sığorta olunduğu üçün narahatçılığa heç bir əsas yoxdur.

Avtomobillər yüklənib boşaldıqda onların foto çəkilişləri aparılır, bu isə daşınma və çatdırılma prosesinin hər bir mərhələsinə nəzarət etmək imkanı verir. Arzu etdiyiniz halda siz də

avtomobilinizin çatdırılmasını izləyə bilərsiniz. Konteynerin nömrəsini əldə etməklə, siz asanlıqla nəqliyyat şirkətlərinin saytlarında artıq keçilmiş məntəqələri və avtomobilinizin limana çatmasının təxmini vaxtını öyrənə bilərsiniz. Lakin onu da nəzərə almaq lazımdır ki, çatdırılma beynəlxalq səviyyədə həyata keçirildiyindən biz çatdırılmaya təsir göstərən, bu və ya digər ölkə tərəfindən qəbul olunmuş qanunlara və yaxud bəzi avtomobillərin idxalına qadağa qoyulmasına görə cavabdehlik daşıya bilmərik.


Ödəniş və sənədləşdirilmə


 Avtomobilin ödənişi rəsmi olaraq bankda hesab faktura əsasında həyata keçirilir. Avtomobilin haqqı ödənildikdən sonra siz ödəniş haqqında sənəd və swift-sənəd əldə edirsiniz. Avtomobil sizin adınıza sənədləşdirildiyi üçün, siz həmçinin avtomobilin hüquqi sahibi olduğunuzu təsdiq edən sənəd də əldə edirsiniz. Sənəd Bill of Lading adlanır və avtomobil yola salınandan dərhal sonra təqdim olunur. Bu sənəd beynəlxalq qaydalara əsasən dünyanın istənilən ölkəsində əldə olunmuş avtomobil üzərində mülkiyyət hüququnuzu təsdiqləyir. Yeri gəlmişkən onu da qeyd edək ki, məhz bu sənədin nömrəsinə görə siz yükün kimin adına qeydiyyatda olduğunu yoxlaya bilərsiniz.


Ümidvarıq ki, “Bizim zəmanətlərimiz” bölməsi sizə faydalı oldu. Lakin sizdə hər hansı bir sualınız yaranarsa, biz onu da məmnuniyyətlə cavablandırarıq.



Müştərilərin düşüncəsi
Bmw X5 2010

Motor 3.0 biturbo. Pochti vse opcii. Hochu eshe raz poblagodarit exporter az za vtoruyu mashinu privezennuyu imi. Obe mashini v ...

ətraflı
Bmw 325i М Sport

Salam Murad! 2-ci mashindan sonra bir daha emin oldum ki, exporterAz-dan mashin alib razi qalmamag mumkun deyil. Mashina soz yoxdu! ...

ətraflı
Bmw 525i M Sport

Ya moqu pokazat svoy avtomobil kotoruyu ya kupil u vas. Polnostyu dovolen!! ...

ətraflı