050 325 33 42 nömrələrindən bizə zəng edin

(+994 50) 325 33 42

Necə sifariş etməli


Əgər bizə sizin ideal avtomobilinizi gətirmək xoşbəxtliyi hələ nəsib olmamışdırsa, Sizə, yəqin bizim necə işlədiyimiz, nəzarəti necə həyata keçirməyimiz və sifariş etmə prosesinin özünün necə getdiyini bilmək  maraqlı olacaq. Müştərilərimizin dediyi kimi, ExporterAz-la işləmək çox rahatdır, çünki hər şey olduqca sadə, anlaşıqlı və şəffafdır. Buna özünüz əmin olun!

 

Cəmi 7 addıma Sizin ideal avtomobiliniz!

 

Addım 1. Saytımızdakı kataloqdan avtomobili seçin və ya maşına olan tələblərinizi bildirin ki, Sizi qiymət və zaman baxımından istiqamətləndirə bilək.

Addım 2. Bizim fəaliyyətə keçməyimiz və avtomobil variantları axtarmağa başlamağımız üçün  ofisimizə gəlmək, bütün vacib məqamları müzakirə etmək və 500 dollar həcmində depozit qoymaq lazımdır. Əyər avtomobilin qiyməti $30000 və ya bundan çoxdursa, depozitin həcmi avtomobilin dəyərinin 5%-nə bərabər olacaq. Diqqət yetirin: əyər Siz maşın almaq fikrindən daşınsanız, ya da biz istədiyinizi tapa bilməsək, depozit tam həcmdə geri qaytarılır.

Addım 3. Bütün uyğun variantları biz Sizin E-mailinizə göndərir, və ya da sayta qoyuruq ki, Sizin hər bir maşınla diqqətlə tanış olmaq imkanınız olsun. Vacibdir:  Biz 100% xoşunuza gələcək və Sizin «Bax, BU mənim avtomobilimdir!» deyəcəyiniz maşın tapılana qədər axtarışlarımıza davam edəcəyik.

Addım 4. İstənilən avtomobil hərracda alınandan sonra üç gün müddətinə  gömrük rüsumu çıxılmaqla avtomobilin dəyəri ödənilməlidir. Sizin rahatlığınız üçün ödəniş həm invoys vasitəsi ilə bankda, həm də şirkətin ofisində etmək mümkündür.

Addım 5. Avtomobil alınandan sonra bir həftə ərzində Sizə avtomobil limana  çatdırıldığı və konteynerə yüklənilərkən vəziyyəti haqqında (mühərrik bölməsinin, salonun, yük yerinin, alt hissəsinin, şinlərin) ətraflı fotohesabat, eləcə də maşınınızın konteynerin içində çəkilmiş fotoşəklini və konteynerin nömrəsini göndəririk.  Bunu ona görə edirik ki, Siz alınma və çatdırılma prosesinin istənilən mərhələsində prosesi izləyə və əmin ola biləsiniz ki, avtomobilinizlə bağlı hər şey qaydasındadır. Diqqət edin: maşın alınandan sonra onun çatdırılması təxminən 2 ay çəkir.

Addım 6. Avtomobiliniz Poti limanına gələn kimi onun gəlib çıxması haqda Sizi məlumatlandırırıq. Maşının yerinə çatdırılması 2-3 gün ərzində şirkətimizin avtomobildaşıyan maşınları vasitəsi ilə həyata keçirilir.

Addım 7. Siz avtomobilinizi və təbriklərimizi alırsınız, biz isə - ödənişin qalan hissəsini. Bundan sonra Sizə yalnız dövlət nömrə nişanı almaq,  nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasını həyata keçirmək  və ondan ləzzətlə istifadə etmək qalır.

Yeri gəlmişkən, müştərilərimizin rahatlığı üçün biz daha bir xidmət tətbiq etmişik və indi  nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasını şirkətimizin ofisində sənədləşdiririk.

 

 

 



Müştərilərin düşüncəsi
Mercedes Benz C240 AMG

Exporter.az, мне свое время привезли машину. Машина просто супер Мерс C240 AMG (C43 заводской тюнинг) 2000 года. Огромное спасибо Мураду. Опят ...

ətraflı
Mercedes Benz CLA250 213

Хочу выразить свою благодарность Вашему коллективу,особенно Мурад Шириев и Просто Олег за ваше терпение,машиной довольна, единственное,что хочу подметить вместо обещанных ...

ətraflı
Отзыв о покупке Mercedes Benz C240 от Бахруза

Мурад, Спасибо за очередное (третье) отличное авто! Машина как новая и без единой проблемы! Состояние полностью соответствует заявленному заранее. Отдельное спасибо Олегу! ...

ətraflı